İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 

 23:33 20.01.2023     276

İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Səfirə PKK terror təşkilatının tərəfdarlarının yanvarın 21-də Stokholmda keçirilməsi planlaşdırılan nümayişi ilə əlaqədar xəbərdarlıq edilib, PKK tərəfdarlarının təbliğat fəaliyyətinə icazə verilməsinin üçlü razılaşmanın açıq şəkildə pozulması olduğu bildirilib.