ABŞ “Vaqner”i transmilli cinayət təşkilat elan edəcək
ABŞ Maliyyə Departamenti Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinı transmilli cinayət təşkilatı elan edəcək.
Redaktor.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, gələn həftə Maliyyə Departamenti vaqnerçilərə və onun qlobal müttəfiqlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək.