Fransa qoşunlarının Burkina-Fasodan çıxarılması tələb edildi
Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransanın ölkədəki hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, etiraz aksiyasında bir neçə yüz adam iştirak edib. Onlar Paris əleyhinə şüarlar səsləndirib, Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb ediblər. Aksiyaçılar Fransa bayraqlarını yandırıb, bayraqla küçələri süpürüblər.
Aksiya dinc şəraitdə baş tutub, güc strukturları etirazçılara müdaxilə etməyib.