8 yaşlı qız rahibə olmaq üçün 61 milyonluq sərvətindən imtina etdi
Hindistanda milyonlarla dollar dəyərində olan zərgərlik firmasının 8 yaşlı varisi "Caynizm" dini sektasının rahibəsi olmaq üçün var-dövlətindən imtina edib.
Redaktor.az "France-Press"ə istinadən xəbər verir ki, Devanşi Sanqviyə Hindistanın Surat şəhərindəki ailəsinin zərgərlik biznesi olan "Sanghvi and Sons" firması miras qalıb.
Hindistanın "ICRA" Kredit Agentliyinin məlumatına görə, onun ailə biznesi təxminən 61 milyon dollar dəyərindədir.
Sanqvi güclü İnstaqram kampaniyası ilə beş günlük ekstravaqant mərasimdə rahib təyin edilib.
Mərasimdən əvvəl də İnstaqram səhifəsində valideynləri tərəfindən yazılmış bəyanatda deyilir: "Bu gün Devanşi mənəvi inkişaf yolu ilə getməyə qərar verdi. Biz bunun çətin olduğunu bilirik, amma başa düşürük ki, "Dikşada" həyat bizim təmin edə biləcəyimizdən daha çox xoşbəxtlik gətirəcək."
AFP-nin məlumatına görə, onun ailəsi də "Caynizm" sektasına aiddir.
"Caynizm" ən azı 2500 il əvvəl Hindistanda yaranmış dünyanın ən qədim dinlərindən biridir. Hindistanda 5-6 milyon izləyicisi olan dini azlıq zorakılıq etməməyin, meditasiya və dünyəvi ləzzətlərdən və vegetarianizmdən imtina etməyin vacibliyini vurğulayır.
Tunar Altunbay