Müxalifət Ərdoğana rəqib olacaq əsas namizədi bu tarixdə açıqlayacaq
Türkiyədə altı partiyadan ibarət müxalifət alyansı olan "Millət" bloku prezident seçkiləri üçün vahid namizədlə bağlı yenə də razılığa gələ bilməyib.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən, "Millət" blokuna daxil olan Cümhuriyyət Xalq Partiyasının sözçüsü Ünal Çeviköz vahid namizədinin fevralda açıqlanacağını bildirib.
Qeyd edək ki, hazırda müxalifət partiyalarının alyansı daxili koordinasiya üzərində işləyir.
“Reuters”in məlumatına görə, altı siyasi qüvvə qarşıdan gələn seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana meydan oxumaq üçün vahid platforma yaratmağa çalışır.
Tunar Altunbay