Planetin yeni ən yaşlı insanı məlum oldu
"Ginnesin Rekordlar Kitabı" ispaniyalı 115 yaşlı qadının hazırda Yer kürəsinin ən yaşlı insanı olduğunu bildirib.
Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, hazırda Kataloniyada yaşayan Maria Brune Moreyranın 115 yaşı var.
Morera yanvarın 17-də 118 yaşlı fransız rahibəsi Lucile Randonun vəfatından sonra yaşayan ən yaşlı insan və ən yaşlı qadın oldu.
O, 4 mart 1907-ci ildə San-Fransiskoda anadan olub və 8 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçüb. Yeni ən yaşlı insan son 22 ildə "Santa Maria del Tura" Qocalar Evində yaşayır və "Ginnesin Rekordlar Kitabı"na görə sağlamlığı yaxşıdır.
Qeyd edək ki, uzunömürlülük bir çox səbəblərlə əlaqələndirir: “Nizam-intizam, əmin-amanlıq, ailə və dostlarla əlaqə saxlamaq, təbiətlə təmas, emosional sabitlik, narahatlıq və peşmanlığın olmaması, həmçinin çoxlu pozitivlik və zəhərli insanlardan uzaq olmaq”.
Həmidə İbrahimova