Yeni Zelandiyanın yeni baş naziri məlum oldu

 12:04 21.01.2023     282

Yeni Zelandiyanın baş naziri postunu hazırda təhsil və polis nazirliklərinə rəhbərlik edən 44 yaşlı Kris Hipkins tutacaq.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, o, bu posta yeganə namizəddir. 

Məlumata görə, ölkədə seçkilər oktyabrın 14-nə təyin edilib.

Xatırladaq ki, bu həftənin əvvəlində 2017-ci ildə Yeni Zelandiyanın baş naziri olmuş Casinda Ardern "ailə qurmaq üçün" istefa qərarını açıqlayıb. 

Həmidə İbrahimova