Almaniyanın Ukraynaya "Leopard" verməkdən imtinasının səbəbi məlum oldu
Almaniya Rusiyaya qarşı “tarixi günahkarlıq hissi” səbəbindən Ukraynanı “Leopard 2” tankları ilə təmin etmək istəmir.
Redaktor.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Rusiya xarici işlər nazirinin keçmiş müavini Sergey Orconikidze bildirib.
"Görünür, almanlarda hələ də xalqımız qarşısında tarixi günah hissi var - alman tankları rusları öldürəndə, - deyə o, izah edib.
Orconikidze deyib ki, yəqin ki, almanların vicdanı tam yoxa çıxmayıb:
"Almaniya hökuməti parlamentin rəyini nəzərə almaya bilər, lakin bu, xalqın seçdiyi deputatların rəyinə zidd olacaq. Diplomat izah edib ki, əhali Böyük Vətən Müharibəsi zamanı olduğu kimi alman tanklarının Rusiya vətəndaşlarını öldürməsinə qarşıdır".
Qeyd edək ki, dünən yayılan məlumata görə, Almaniya hökuməti hələ də Ukraynaya Alman "Leopard 2" döyüş tanklarını göndərmək vəzifəsini qarşısına qoymayıb. Təcili ehtiyac yaranarsa, Almaniya rəsmiləri buna reaksiya verəcək. "Hazırda Almaniya Ukraynaya razılaşdırılmış "Marder" tədarükünü həyata keçirir və bu, alman hakimiyyətinin diqqət mərkəzindədir", - deyə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit bildirib.
Turan İSMAYIL