Ermənistan Baş Prokurorluğu Anna Vardapetyanın özbaşınalığından narazıdır
Ermənistanın baş prokuroru Anna Vardapetyanın davranışı və əsassız kadr qərarları prokurorluq orqanlarının təcrübəli əməkdaşlarını hiddətləndirir.
Redaktor.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, baş prokurorun kadr siyasətinə görə narazılıq durmadan artır.
Məlumata görə, Vardapetyan xüsusilə keçmiş baş prokuror Artur Davtyanın kadrları sayılan əməkdaşlarından yaxa qurtarmaq istəyir. Baş prokuror da ciddi əsas olmadan vaxtaşırı kadr dəyişikliyi edir və əməkdaşlar onların köçürülməsi barədə yalnız müvafiq əmr imzaladıqdan sonra xəbər tuturlar.
Qeyd olunur ki, Vardapetyan daim “hərtərəfli” yoxlamalar aparır, töhmətlər elan edir və ən kiçik səbəbdən belə intizam tənbehi tətbiq edir.
Xatırladaq ki, Vardapetyan bu vəzifəyə 2022-ci ilin sentyabrında təyin edilib.
Həmidə İbrahimova