Qazaxıstanda 7 partiya növbədənkənar seçkilərə buraxıldı
Mərkəzi Seçki Komissiyası 7 partiyaya Qazaxıstan Parlamentinin Məclisinə növbədənkənar deputat seçkilərində iştiraka icazə verib.
Redaktor.az xəbər verir ki, bunlar aşağıdakı partiyalardı:
"Amanat" partiyası;
Qazaxıstanın "Ağ yol" Demokrat Partiyası;
Respublika Partiyası;
“Ayıl” Xalq Demokratik Vətənpərvərlər Partiyası;
Qazaxıstan Yaşıllar Partiyası "Baytak";
Milli Sosial Demokrat Partiyası;
Qazaxıstan Xalq Partiyası.
Xatırladaq ki, qeydiyyat müddəti yanvarın 20-dən fevralın 18-dəkdir. Seçkiqabağı təşviqat qeydiyyat müddəti bitdiyi andan başlayır və martın 18-i saat 00.00-dək başa çatır.
Növbədənkənar seçkilər 2023-cü il martın 19-na təyin edilib.