Paşinyan ordudakı problemləri etiraf etdi

 13:58 21.01.2023     411

15 əsgərin həyatına son qoyan faciəli yanğına reaksiya hakimiyyəti mövcud problemlərə dərindən baxmağa və həll yolları axtarmağa vadar edir.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 21-də Araqatsotn vilayətində yeni patrul xidmətinin rəsmi açılış mərasimində deyib.

"Problemlər heç də zahirdə deyil, müxtəlif səviyyələrdə ifadə olunur” deyən baş nazir islahatların sıfırdan aparılmasının zəruriliyinə toxunub.

Ermənistanın bəzi KİV-ləri yazır ki, son vaxtlar baş nazir Nikol Paşinyanla müdafiə naziri Suren Papikyan arasında münasibətlər sərinləşib. Baş nazirin problemlərin olduğunu dilə gətirməsi də dolayısı ilə Papikyana xəbərdarlıq kimi yozulur.

Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Azərbaycanla sərhəddəki hərbi hissəsində yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3-nün vəziyyəti ağırdır.