Rusiyada ödəniş məlumatlarının Teleqramdan ötürülməsi qadağan olunur

 14:32 21.01.2023     427

Teleqram xidməti banklarla inteqrasiyaya tabe olmayan xarici messencerlərdən biridir, ona görə də 2023-cü il martın 1-dən Rusiyada onun vasitəsilə ödəniş məlumatlarının, eləcə də şəxsi məlumatların ötürülməsi bir sıra təşkilatlar üçün məhdudlaşdırılacaq.

Redaktor.az "Komsomolskaya Pravda"ya istinadla xəbər verir ki, bu barədə yanvarın 21-də Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə nəzarət edən Federal Xidmət (Roskomnadzor) məlumat yayıb.

“Kompüter proqramının xarici messencerlər kimi təsnifləşdirilməsinin əsas meyarları kimi Rusiyada bir sıra təşkilatlara xidmətlər göstərərkən ödəniş sənədləri və şəxsi məlumatların ötürülməsi üçün belə messencerlərdən istifadə qadağan ediləcək” - məlumatda bildirilir.

Qeyd olunur ki, Teleqram 22 noyabr 2021-ci ildə Rusiya ərazisində internetdə fəaliyyət göstərən xarici qurumların siyahısına daxil edilib.

Xatırladaq ki, ötən həftə, yanvarın 13-də ruslar Teleqram tarixində ən kütləvi fişinq hücumuna məruz qalmışdılar. Qeyd edilib ki, əvvəlki hücumlar daha çox lokallaşdırılmış, həmçinin “texniki cəhətdən daha təşkil olunmuşdu”. Bundan bir qədər əvvəl Kaspersky-də Telegram-da yeni bir fırıldaq növü barədə xəbərdarlıq edilmişdi, orada hücumçuların səsvermədən istifadə edərək istifadəçi hesablarını oğurladığını söyləyiblər.

Turan İSMAYIL