""Leopard 2" tanklarının Kiyevə verilməsi yalandır" - Çexiya Müdafiə Nazirliyi
Yanvarın 21-də Çexiyanın Müdafiə Nazirliyi Sovet T-72 tanklarının Ukraynaya əvvəlki təhvil verilməsinə görə Almaniyadan təzminat şəklində alınan Leopard 2 tanklarını Kiyevə göndərmək niyyətləri barədə məlumatları təkzib edib.
Redaktor.az "İzvestiya"ya istinadla bildirir ki, heç kim Praqadan AFR-dən alınan tankların verilməsini xahiş və ya təklif etməyib.
“Xarici KİV-lər yazıb ki, “Çexiya və Slovakiya Ukraynanın xeyrinə Leopard 2 tanklarından imtina etməyə hazırdır”. Bu məlumat həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilir.
Nazirliyin mətbuat xidməti əlavə edib ki, müttəfiqlər tərəfindən Ukraynaya hərbi dəstək məsələlərinin nəzərdən keçirildiyi Ramşteyn görüşündə bu qəbildən heç nə müzakirə edilməyib.
Yanvarın 20-də Almaniyanın müdafiə naziri Boris Pistorius Ramşteyn bazasında keçirilən görüşdən sonra bildirib ki, iclas iştirakçıları “Leopard 2” tanklarının Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etməyiblər.
Britaniyalı hərbi analitik Maykl Klark hesab edir ki, Almaniyanın Ukraynaya “Leopard 2” döyüş tanklarının tədarükünü təsdiqləməkdə tərəddüd etməsi “Rusiya qorxusuna” əsaslanır.
Eyni zamanda, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis diqqətə çatdırıb ki, Ukraynaya Qərbi Abrams və Leopard tanklarının tədarükü Kiyevə hərbi əməliyyatların gedişatını dəyişməyə və Rusiyanı məğlub etməyə kömək etməyəcək.
Tunar Altunbay