Britaniya hökumətini devirməyə cəhd edənə hökm oxundu
Böyük Britaniyada telekommunikasiya mühəndisi Oliver Lyuin hökuməti devirmək cəhdinə görə məhkəmə tərəfindən 6,5 il həbs cəzasına məhkum edilib.
Redaktor.az “Sky News”a istinadla bildirir ki, o, çevriliş məqsədi ilə terror aktları planlaşdırıb.
Qeyd olunur ki, Lyuin telefon, radio və televiziya qüllələrinə basqın etmək planlarında, eləcə də yol şəbəkəsinə ziyan vurmaq cəhdlərində təqsirli bilinib. Onun bir neçə ay ərzində genişmiqyaslı və koordinasiyalı hücum aktı planlaşdırdığı məlum olub.