Türk ordusu Kosovada seldən zərərçəkmişlərə yardım etdi

 16:45 21.01.2023     300

Kosovanın İpek, Skenderay, Mitrovitsa, Poduyeva şəhərlərində bir müddət əvvəlki leysan yağışlarının vurduğu ziyanın aradan qaldırlmasına başlanılıb. 

Redaktor.a xəbər verir ki, 1999-cu ildən bu yana ölkədə sülh və təhlükəsizliyə töhfə verən Türk Ordusu seldən zərər çəkənlərə bu prosesdə kömək əlini uzadıb.

Belə ki, daşqından ziyan çəkənlərə geyim yardımı edilib.

Xüsusilə də, sel fəlakətindən ən çox zərər çəkmiş Mitrovitsada çox sayda insan geyimlə təmin edilib.