Ukraynaya “Leopard” tankları verin! - Baltikyanı ölkələrdən çağırış

 17:45 21.01.2023     390

Litva, Latviya və Estoniyanın xarici siyasət idarələrinin rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinə “Leopard” tanklarının verilməsi üçün Almaniya hakimiyyətinə müraciət edib.

Redaktor.az xəbər verir ki, Baltikyanı ölkələrin xarici işlər nazirləri Berlini artıq Ukraynaya “Leopard” tankları verməyə çağırıblar.

“Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır. Almaniya Avropanın aparıcı dövləti kimi bu məsələdə xüsusi məsuliyyət daşıyır”, müraciətdə deyilir.

Xatırladırıq ki, Kiyevə silah tədarükü ilə bağlı keçirilən “Ramşteyn” görüşünün nəticələrinə görə, alman tərəfi Ukrayna Silahlı Qüvvələrinə Almaniya istehsalı olan tankların göndərilməsinə razılıq verməyib.