Ruslar Ukraynanın daha bir yaşayış məntəqəsini İŞĞAL ETDİLƏR
Rusiya qoşunları Donetsk istiqamətində Cənub Hərbi Dairəsinin atəş dəstəyi ilə Dvureçye qəsəbəsini işğal ediblər. Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 50 hərbçisinin öldürüldüyü və yaralandığı bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov təsdiqləyib.
Bundan başqa o, Ukrayna hərbçilərin iki zirehli döyüş maşınının, üç pikapın, həmçinin iki D-20 və D-30 haubitsalarının sıradan Ukraynaçıxarıldığını da söyləyib.