"Moldova rus işğaıçılarını qovmaq üçün Ukraynanın qələbəsini gözləyir"

 19:14 21.01.2023     312

"Moldova Ukraynaya qarşı müharibədə məğlubiyyətdən sonra Rusiyanın Dnestryanıdan qoşunlarını çıxaracağını gözləyir".

Redaktor.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku "Vocea Basarabia" telekanalına müsahibəsində bildirib.

“Biz hamımız ümid və arzu edirik ki, Ukrayna bu müharibədə qalib gələrək, öz ərazisini azad edəcək. Bundan sonra biz də ölkəmizin dinc yolla reinteqrasiyası üzərində işi davam etdirək və ərazimizdə qeyri-qanuni yerləşən Rusiya qoşunlarının dinc yolla çıxarılması üzərində işləyə bilək",- o deyib.

Popeskunun sözlərinə görə, Rusiyanın Ukraynanıya genişmiqyaslı müdaxiləsi Moldovanın həyatının bütün aspektlərinə, o cümlədən Dnestryanı münaqişənin nizamlanması prosesinə təsir edib.

Tunar Altunbay