Türkiyənin İsveçdəki səfirliyinin qarşısında "Quran" yandırıldı - VİDEO
Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran kitabını yandırılıb.
Redaktor.az "Anadolu Agentliyi"nə istinadla bildirir ki, aksiya İsveçin ifrat-sağçı siyasi təşkilatları tərəfindən təşkil edilib.
Aksiyaya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu münasibət bildirib.
Türkiyəli diplomat İsveç hakimiyyətinin Stokholmdakı Türkiyənin səfirliyi qarşısında Quranı yandırmaq üçün icazə verdiyi aksiyanı “alçaq və irqçi” adlandırıb.
“Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya veriləcək”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.