Parisdə gənclər pensiya islahatlarına qarşı ayağa qalxdı

 20:13 21.01.2023     529

Fransada gənclik hərəkatları və siyasi partiyaların fəallarının Parisdə keçirdiyi pensiya islahatına qarşı nümayişi başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayiş zamanı ixtişaşçılar bankın pəncərəsini və bankomatı sındırıb, həmçinin zibil qutusunu yandırıblar.

BFM telekanalı öz növbəsində polis prefekturasına istinadən xəbər verir ki, polis qadağan olunmuş əşyalar müsadirə edən üç nəfəri saxlayıb.

Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü  Parisdə nümayişə 80 minə yaxın adam qatılıb.

Aksiya 38 etirazçını saxlayan polislə xırda toqquşmalarla müşayiət olunub.

Tunar Altunbay