Ukraynada nazir müavini həbs edildi - YENİLƏNİB

 23:14 21.01.2023     317

Ukraynanın Milli Antikorrupsiya Bürosu tərəfindən saxlanılan icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinski tutduğu vəzifədən azad ediləcək.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi feysbukda açıqlayıb.

Bildirilib ki, artıq lazımi sənədlərin hazırlanması ilə bağlı müvafiq sərəncamı Ukraynanın bərpası üzrə baş nazirin müavini Oleksandr Kubrakov verib.

***

Ukraynanın Milli Antikorrupsiya Bürosu axtarışlar aparıb və icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinskini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin “Ukrainska Pravda” nəşri öz mənbələrinə istinadə məlumat yayıb.

İstintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.

Cinayət işi 2022-ci ilin sentyabrından aparılır