Türkmənistan birpalatalı parlament sisteminə keçdi
Türkmənistan birpalatalı parlament sisteminə keçid edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ölkədə Qurbanqulu Berdiməhəmmədovun rəhbərlik etdiyi geniş səlahiyyətlərə malik Xalq Şurası yaradılıb.
Türkmənistan parlamentinin bu gün keçirilən iclasında Qurbanqulu Berdiməhəmmədovun ölkənin milli lideri olması haqqında qərar qəbul edilib. Qərar Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov tərəfindən təsdiqlənib.
Qeyd edək ki, indiyədək Türkmənistan parlamentində iki palata - Xalq Məsləhəti və Məclis adlı palatalar fəaliyyət göstərirdi.