Türkiyə Avropanın ən sürətli metro xəttini işə salır
Türkiyə Avropanın ən sürətli metro xəttini işə salır.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu NTV telekanalının efirində deyib.
Sabah istifadəyə verilməsi planlaşdırılan metro xətti Avropanın ən sürətlisi olacaq.
Qatarlar 34 kilometrlik xətti 120 km/saat sürətlə gedəcək. Xəttin çəkildiyi yerdən "Kıağıtxanə" stansiyasından hava limanına çatmaq 24 dəqiqə çəkəcək.
İstanbul Hava Limanına gedən metro xəttinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.