Almaniyanın müdafiə naziri Ukraynaya səfər edəcək

 09:15 22.01.2023     315

Almaniyanın müdafiə naziri Boris Pistorius tezliklə - yaxın dörd həftədə Ukraynaya səfər edəcək.

Redaktor.az TASS agentliyinə istinadla xəbər verir ki, nazir bu barədə “Bild” qəzetinə müsahibəsində bildirib.

B. Pistorius qeyd edib ki, onun ilk olaraq haraya səfər edəcəyi hələ tam dəqiqləşməyib.

Qeyd edək ki, alman nazirin Kiyevə səfəri zamanı Ukraynaya "Leopard 2" tanklarının verilməsi müzakirə oluna bilər. Ötən gün Litva, Latviya və Estoniyanın xarici siyasət idarələrinin rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinə “Leopard” tanklarının verilməsi üçün Almaniya hakimiyyətinə müraciət edib.

Turan İSMAYIL