Fransız siyasətçi Ukraynaya silah verilməsinin əleyhinə çıxdı - "Bitsin bu sirk!"
Fransanın Patriotlar Partiyasının lideri Florian Filippo Ukraynanın dəstəklənməsinə qarşı çıxıb.
Redaktor.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində yazıb.
O, Kiyevin Parisdən tank tələbini sirk adlandırıb.
"Zelenski Fransaya "Leclerc" tanklarına ehtiyacı olduğunu deyir və mümkün qədər tez verilməsini istəyir. Biz onun xidmətçiləriyik, elə deyilmi? Tezliklə bizi fit çalaraq çağırmağa başlayacaq! Qoy bu biabırçı sirk bitsin!", - deyə Filippo yazıb.
Qeyd edək ki, Fransada ultra-sağçı siyasi qüvvələr arasında Rusiyayönümlü siyasi kurs aktualdır.