Qolları olmayan gənc ağzı ilə Bağçalının portretini çəkdi
Türkiyədə qolları olmayan gənc Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının portretini çəkib.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, 6 yaşında elektrik dirəyinə çıxarkən cərəyan vurması nəticəsində hər iki qolunu itirən Yusuf Akgün adlı gənc siyasətçinin şəklini ağzı ilə çəkib.
Uşaq yaşlarından rəsmə həvəsi olan gənc karandaşı ağzı ilə tutaraq şəkil çəkməyi öyrənib.
16 saatlıq gərgin əməkdən sonra Bağçalının portreti hazır olub.
Bundan sonra MHP sədri Y.Akgünə zəng edərək ona təşəkkürünü çatdırıb.