“Qurani-Kərimin yandırılması hörmətsizlikdir” - İsveçin Baş naziri

 15:32 22.01.2023     288

İsveçin Baş naziri Ulf Kristersson Qurani-Kərimin yandırılmasını hörmətsizlik adlandırıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Kristersson bununla bağlı tviter hesabında paylaşım edib.

"Bir çoxları üçün müqəddəs kitabların yandırılması dərin hörmətsizlikdir. Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara təəssüf hisslərimi bildirmək istəyirəm”, - deyə Baş nazir yazıb.

Qeyd edək ki, şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərim yandırılıb.