Koçaryan deputatlarla partlayış olan hərbi hissəyə gəldi - FOTO
Ermənistan parlamentinin deputatları Geğarkunik vilayətində partlayışın baş verdiyi hərbi hissəyə gəliblər.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, partlayış və yanğın olan hərbi hissəyə baxış keçirilib.
Bildirilib ki, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Koçaryanın başçılığı ilə bir qrup deputat partlayışdan 4 gün sonra vəziyyətlə yerində tanış olublar.
Qeyd edək ki, istilik təhlükəsizliyi qaydalarına riayət edilmədiyi üçün yanğınla müşayiət olunan partlayışın baş verməsi səbəbindən 15 hərbi qulluqçu ölmüş, xeyli hərbçi yaralanmışdı.