Belarusa qarşı yeni sanksiyalar hazırlanır

 20:15 22.01.2023     311

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. 

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın RMF radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Belarusa silah və bu təyinatlı avadanlıqların tədarükünə tam embarqonun qoyulması imkanları müzakirə edilir. 

Mümkün sanksiyalar arasında Belarusun hələ də idxal etdiyi elektronika, məişət texnikası və ya dəbdəbəli malların Aİ-dən Belarusa ixracına qadağa da daxildir.

Bundan əlavə, Avropa Komissiyasındakı mənbələr rusların bankomatlardan pul çıxarmaq üçün Minskə getdikləri üçün Belarus banklarına qarşı sanksiyaların tətbiq ediləcəyini bildiriblər.