Yaponiyanın Baş naziri Ukraynaya səfər edəcək

 20:45 22.01.2023     284

Yaponiyanın Baş naziri Fumio Kişida gələn ay Ukraynaya səfər edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin “Yomiuri” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, baş nazir hərbi cinayətlərin törədildiyi yerlərə baş çəkəcək, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Nəşrin məlumatına görə, Yaponiya rəhbərliyi səfərin təhlükəsizliyinə şübhə ilə yanaşır.