Braziliya və Argentina vahid valyuta yaradacaq

 22:15 22.01.2023     251

Braziliya və Argentina tezliklə vahid valyutanın yaradılması üzərində işə başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, bu qərar dünyanın ikinci ən böyük valyuta blokunun yaradılmasına gətirib çıxara bilər. Braziliya valyutanın "sur" adlandırılmasını təklif edir. Əsas məqsəd regional ticarəti gücləndirmək və dollardan asılılığı azaltmaqdır.

Qəzetin məlumatına görə, layihəyə qoşulmaq üçün digər Latın Amerikası ölkələri də dəvət olunacaq.