Fransa Ukraynaya tanklar verə bilər - Bir şərtlə...
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya yerli istehsal "Leclerc" tanklarının verilə biləcəyini istisna etməyib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birlikdə keçirdiyi mətbuat konfransında danışıb.
Makron tankların tədarük edilməsi üçün üç şərt olduğunu bildirib. Onun sözlərinə görə, birincisi, bu tank eskalasiyaya səbəb olmamalı, ikincisi, Ukrayna ordusuna real və effektiv dəstək verməli, üçüncüsü, Fransanın öz müdafiə qabiliyyətini zəiflətməməlidir.
"Leclerc" 1992-2007-ci illərdə Fransada istehsal edilən müasir və yüksək texnologiyalı döyüş tanklarından biridir. Fransadan başqa, BƏƏ və İordaniya tərəfindən istifadə edilir. 120 mm çaplı silaha malik tank dəqiqədə 10 atəş sürətinə malikdir.