Moskvada kimya zavodu PARTLADI

 12:57 23.01.2023     502

Rusiyanın Moskva vilayətində güclü partlayış olub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, hadisə Moskva yaxınlığındakı Roşal şəhərində baş verib.

Belə ki, partlayış “Moliren” MMC-yə məxsus zavodda qeydə alınıb. Zərərçəkənlər barədə hələlik məlumat verilməyib. 

Qeyd edək ki, "Moliren" MMC metallurgiya və üzvi kimya sahəsində istehsalla məşğuldur.