Türkiyə müxalifəti bu halda parlament sistemindən əl çəkəcək
Türkiyə müxalifəti may ayında keçiriləcək prezident və parlament seçkilərində məğlub olacağı təqdirdə prezident üsul-idarə formasını parlamentar sistemə çevirmək planlarından əl çəkəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Sözcü" qəzetinə müsahibəsində İyi Partiyanın başqanı Meral Akşener deyib.
"İlk növbədə, seçkilərdə qalib gələcəyimə ümid edirəm. Əgər buna nail olmasaq, o zaman artıq parlament sistemindən danışmayacağıq. Ölkədə prezident idarəetmə forması davam edəcək", - siyasətçi bildirib.
Onun sözlərinə görə, "Millət" İttifaqını təmsil edən partiya sədrlərinin yanvarın 26-da keçiriləcək iclasında prezident seçkilərində müxalifətdən namizədin irəli sürülməsi məsələsinin müzakirəsi planlaşdırılır.
O, hakim Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyasının daxil olduğu "Xalq" İttifaqının yeganə namizədi olan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla rəqabət aparacaq.
Akşener onu da bildirib ki, yanvarın 30-da müxalifət parlament seçkilərində qalib gələcəyi təqdirdə formalaşdırmaq niyyətində olduğu hökumətin proqramını açıqlamağı planlaşdırır.
“Bizim prezidentliyə namizədimiz bəlli olduqdan sonra biz hökumətin proqramını imzalayacağıq, onun da imzası olacaq və davam edəcəyik”, - deyən müxalif siyasətçi “Altılıq Alyansı”nın hazırlanmış proqrama əməl edəcəyini qeyd edib.
Tunar Altunbay