Ukrayna ordusu rusların daha bir qayığını məhv etdi - SON İTKİLƏR

 13:22 23.01.2023     370

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 121480 (+720) nəfər canlı qüvvəsi, 3150 (+5) tank, 6276 (+8) ədəd zirehli döyüş maşını, 2146 (+2) ədəd artileriya sistemi, 447 (+2) reaktiv yaylım atəşi sistemi, 220 (+0) hava hücumundan müdafiə sistemi, 287 (+0) təyyarə, 277 (+0) helikopter, 1894 (+2) PUA, 749 (+0) qanadlı raket, 18 (+1) gəmi, 4936 (+4) avtomobil texnikası və avtosistern, 193 (+0) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2