"Qərblə Rusiya arasında əsl müharibə gedir" - Lavrov

 17:38 23.01.2023     389

"Ukraynada baş verənlər artıq hibrid müharibə deyil, Qərb və Rusiya arasında əsl müharibədir".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Ukraynada bu, ümumi praktikadır. Sülhün bərqərar olması şüarı ilə seçilən həm keçmiş Ukrayna Prezidenti Pyotr Poroşenko, həm də indiki Vladimir Zelenski seçildikdən dərhal sonra müharibə prezidentlərinə, rusofoba çevrildilər”, - deyə nazir qeyd edib.

Rusiyalı baş diplomat xatırladıb ki, Ukrayna rus dilində təhsili, KİV-i, hətta faktiki olaraq gündəlik həyatda rus dilindən istifadəni qadağan edən qanunlar qəbul edib.

"Rus dili ilə bağlı hər hansı mədəni təmaslar qadağandır. Bütün bunlar Qərb tərəfindən dəstəklənir", - o əlavə edib. 

Nərmin VÜQARQIZI