Çəkisi 7 kq olan körpə doğuldu - FOTO
Braziliyanın Amazonas ştatında dünyaya gələn Angerson Santos adlı körpə həkimləri heyrətə gətirib.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Santos ştatda doğulan ən böyük körpədir.
Körpənin 27 yaşlı anası doğumdan bir gün əvvəl xəstəxanaya gedib. Lakin həkimlər anaya körpənin çox böyük olması səbəbbindən qeysəriyyə əməliyyatına qərar veriblər.
Ertəsi gün boyu 57 santimetr, çəkisi 7 kiloqram olan körpə dünyaya gəlib.
Qeyd edək ki, doğuş zamanı ana və körpənin heç bir problemi olmayıb.
Nərmin VÜQARQIZI