"Əks halda, mən prezident kimi qərar verəcəm" - Ərdoğandan seçki AÇIQLAMASI

 20:09 23.01.2023     352

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident və parlament seçkilərinin tarixinin mayın 14-nə təyin edildiyini bildirib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, bunu bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra deyib.

"Hərtərəfli təhlildən sonra seçkilərin mayın 14-nə təyin edilməsi qərara alınıb. Parlament yeni tarix təsdiq etsə, biz çox şad olarıq. Əks halda, mən prezident kimi qərar verəcəm", - o deyib.

Qeyd edək ki, Ərdoğanın çıxışı TRT kanalı tərəfindən yayımlanıb.

Türkiyənin mövcud sisteminə görə, parlament seçkilərin tarixini təsdiq etməsə, prezident həmin gün seçkilərin keçirilməsi ilə bağlı fərman imzalaya bilər, lakin formal olaraq ilk növbədə parlament bunu etməlidir.

Turan İSMAYIL