Çində son 54 ilin ən soyuq qışı yaşanır

 10:25 24.01.2023     367

Çinin şimalındakı Heilongjiang bölgəsindəki Mohe şəhərində son 54 ilin ən soyuq günü yaşanıb. Belə ki, havanın temperaturu -53 dərəcəyə enib.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, bu, Mohedə 1969-cu ildən bəri rekord həddə çatan ən soyuq havadır.

Məlumata görə, Çinin ən soyuq bölgəsi olan və ölkənin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü ümumiyyətlə 8 ay davam edir.

Ölkənin qış turizm mərkəzlərindən biri olan Mohe il boyu turistləri qəbul edir.

Həmidə İbrahimova