Zelenski istefaları təsdiqlədi

 11:28 24.01.2023     552

Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko vəzifəsindən azad edilib. 

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb. 

A.Simonenkonun vəzifəsindən azad edilməsinin səbəbi hələ açıqlanmayıb. 

Qeyd edək ki, o, 2022-ci ilin iyul ayında bu vəzifəyə təyin olunub.

Prezident Volodimir Zelenski digər bir sərəncamla Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenkonun da istefasını təsdiqləyib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən