ABŞ Qazaxıstanı etibarlı tərəfdaş hesab edir

 11:55 24.01.2023     390

"Birləşmiş Ştatlar Qazaxıstanla həm ikitərəfli, həm də çoxtərəfli əsasda tərəfdaşlıq və əməkdaşlıq münasibətlərini davam etdirməyi səbirsizliklə gözləyir".

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman deyib.

Şerman həmçinin ABŞ-ın Qazaxıstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayıb.

Qeyd olunur ki, Şerman Ukrayna xalqına humanitar yardıma görə Qazaxıstan xalqına minnətdarlığını da bildirib.

Həmidə İbrahimova