Ukraynada daha bir səs-küylü İSTEFA - Müdafiə nazirinin müavini də getdi

 12:17 24.01.2023     343

Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, o, könüllü şəkildə ərizə yazaraq vəzifəsini tərk edib.

O, Müdafiə Nazirliyi üçün məhsulların alınması ilə bağlı böyük rezonans yaradan qalmaqaldan sonra istefaya gedib.

Nazirliyin saytında bildirilib ki, Vyaçeslav Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh olub.

Qeyd olunub ki, o, Ukrayna Silahlı Qüvvələrinin gələcək stabil təminatına təhlükə yaratmamaq üçün istefa verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında və hakim "Xalqın Xidmətçisi" partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici və konkret qərarların anonsu verilib.

Bundan sonra xeyli vəzifəli şəxs istefa verib.

Tunar Altunbay