"Hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir" - Podolyak kadr islahatlarına münasibət bildirdi

 13:04 24.01.2023     287

“Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir.

M.Podolyak bildirib ki, bu ictimai tələbin nəticəsidir.

Qeyd edək ki, bu gün Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov, Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko və Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefaya göndərilib.

Daha əvvəl isə Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç vəzifəsindən azad edilib.

Tunar Altunbay