Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə sanksiya tətbiq etdi

 13:25 24.01.2023     292

Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir, müvafiq sənədi Prezident Volodimir Zelenski imzalayıb.

Sənədə əsasən, sanksiya siyahısına kilsənin cəmiyyət və media ilə əlaqələri üzrə sinodal departamentinin rəhbəri Vladimir Leqoyda və onun müavini Vaxtanq Kipşidze, xarici kilsə əlaqələri departamentinin rəhbəri, Volokolamsk mitropoliti Antoni və sair daxil edilib.

Bundan başqa, Patriarx Kirilin qohumu, protoierey Mixail Qundyayevə, protoierey Andrey Tkaçevə, protoierey Artemi Vladimirova qarşı sanksiya tətbiq edilib.

Bu sanksiyalarla aktivlərin dondurulması, qiymətli kağızlarla əməliyyatların qadağan edilməsi, resursların Ukrayna ərazisindən daşınması və tranziti ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Tunar Altunbay