Türkiyədə hərbi maşın aşdı, 2 nəfər həlak oldu

 15:13 24.01.2023     334

Türkiyənin Ağrı şəhərində hərbi maşın aşıb.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi həlak olub.

Məlumata görə, yolların buz bağlaması səbəbindən sürücü idarəetməni itirib və qəza baş verib.

Qəzaya düşən hərbçilər patrul xidməti yerinə yetirirmiş.