Putin Ukraynaya qarşı müharibədə yeni hücuma hazırlaşır - Stoltenberq
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə yeni hücuma hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq deyib.
"Biz Rusiyanı qiymətləndirməməliyik. Putin bu ədalətsiz müharibə üçün yüksək qiymət ödəməyə hazır olduğunu sübut etdi. O, 200 mindən çox əsgəri səfərbər edib və İran və Şimali Koreya kimi digər avtoritar rejimlərdən yeni silahlar alıb. Amma ən əsası, biz prezident Putinin öz məqsədlərini dəyişdiyini göstərən heç bir əlamət görmürük.O, Ukraynaya nəzarət etmək istəyir və yeni hücum planlaşdırır”, - deyə baş katib Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə brifinqdə bildirib.
O vurğulayıb ki, davamlı sülhün yeganə yolu Putinə döyüş meydanında qalib gəlməyəcəyini başa salmaqdır.
“Buna görə də biz daha ağır və müasir sistemlərlə təmin etməliyik ki, Ukrayna ordusu təkcə sağ qalmaq üçün deyil, həm də qalib gəlmək, Ukrayna ərazisini geri almaq və Avropada müstəqil və suveren dövlət kimi zəfər qazanmaq üçün Rusiya qüvvələrini sıxışdırıb çıxara bilsin” - Stoltenberq əlavə edib.
Baş katib həmçinin vurğulayıb ki, müasir silahların Ukraynaya ötürülməsi daha sürətli olmalıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl demişdi ki, qarşıdakı altı ay Rusiya ilə qarşıdurmada həlledici olacaq. Eyni zamanda, Ukrayna rəsmisi Aleksey Arestoviç xəbərdarlıq edib ki, yanvar və fevral aylarında işğalçılar döyüş meydanında təşəbbüsü ələ keçirmək üçün fəal hücuma keçəcəklər.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da Rusiyanın çoxlu sayda əsgəri hücuma hazırlaması ilə bağlı fikirlərlə razılaşır. Onun fikrincə, işğalçılar Ukraynanın paytaxtını ələ keçirməyə çalışacaqlar.
Turan İSMAYIL