Ukraynada istefalar davam edir

 15:45 24.01.2023     361

Ukrayna Nazirlər Kabineti 5 vilayətin hərbi administrasiya rəhbərinin vəzifəsindən azad edilməsini təsdiqləyib.

Redaktor.az "Unian"a istinadən xəbər verir ki, Valentin Rezniçenko (Dnepropetrovsk), Oleksandr Starux (Zaporojye), Aleksey Kuleba (Kiyev), Dmitri Jivitski (Sumı) və Yaroslav Yanuşeviç (Xerson) hərbi administrasiya rəhbərliyindən kənarlaşdırılıblar.

Həmçinin istefa verən nazir müavinləri barədə qərarlar da müvafiq nazirliklər tərəfindən təsdiq olunub.

Bunu Ukrayna Nazirlər Kabinetinin naziri Oleq Nemçinov da təsdiqləyib. Bu məsələ ilə bağlı yekun qərarı prezident Vladimir Zelenski verməlidir.

İqtisadiyyat nazirinin müavini vəzifəsini Nazirlər Kabineti tərəfindən təyinat olub. Belə ki, bu postu Aleksey Sobolev tutacaq.

Tunar Altunbay