"Belarusa hücum etmək fikrində deyilik" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, “Rusiya hərbçilərinin Belarusdan hücumu ehtimaldır, lakin bu, uğursuz olacaq”.
Redaktor.az UNIAN xəbər verir ki, bunu Zelenski Finlandiya Prezidenti Sauli Niiniste ilə birgə keçirdiyi brifinqdə deyib.
O, Belarusun Ukrayna ilə “təcavüz etməmək haqqında paktı” imzalamaq təklifi ilə bağlı bəyanatını şərh edib.
“Ukraynanın rəsmi olaraq təklif etdiyi hər şeyi eşidirsiniz. Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt planlaşdırmamışıq. Belə niyyətlər yoxdur. Bu, bütün Ukrayna xalqından belarus xalqına əsas siqnaldır”, - deyə Zelenski bəyan edib.
Turan İSMAYIL