2 ildə beşinci dəfə parlament seçkiləri keçiriləcək

 23:33 24.01.2023     384

Bolqarıstanda son iki ildə beşinci dəfə parlament seçkiləri keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev məlumat verib.

O, ötən ilin oktyabr ayında keçirilən seçkilər nəticəsində hökumətin qurulmadığını, aprelin 2-də yenidən növbədənkənar seçkilərin keçiriləcəyini bildirib.

Bundan əlavə, Radev fevralın 3-də parlamenti buraxacağını diqqətə çatdırıb.

Onun sözlərinə görə, yeni hökumət qurulana qədər hazırkı müvəqqəti baş nazir Qalab Donevi ölkəyə rəhbərlik edəcək.