“TikTok” ABŞ-da qadağan olunur
ABŞ Senatına "TikTok" sosial şəbəkəsini ölkə ərazisində qadağan edən qanun layihəsi təqdim olunacaq.
Redaktor.az xəbər verir ki, respublikaçı senator Josh Hawley ABŞ Senatına “TikTok” sosial şəbəkəsinin bütün ölkə ərazisində istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, keçən ay Konqres “TikTok”un hökumət cihazlarında tətbiqini qadağan edib. İndi növbə həmin sosial şəbəkənin bütün ölkə ərazisində qadağan edilməsinə çatıb.
Daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, ABŞ kəşfiyyatı “TikTok”un ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hakimiyyəti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək bacarığına malikdir.